Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan polisinin yaradılmasının 106 illiyi münasibətilə videoçarx təqdim edib.
Tezadlar.az xəbər verir ki, videoçarxla bağlı paylaşımda bu sözlər yer alıb. “Var gücümüzlə xalqımızın təhlükəsizliyinin keşiyində, cinayətkarların qarşısındayıq!”
Qeyd edək ki, iyulun 2-si Azərbaycanda Polis Günüdür.
Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul Azərbaycan Polisi Günü elan edilib.
Çətin və məsuliyyətli Polis Gününüz mübarək!