Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 İyul 2024 / 13:44

AZTU-NUN KOORDİNATORLUĞU İLƏ HAZIRLANAN LAYİHƏ AK TƏRƏFİNDƏN QALIB ELAN OLUNUB

Azərbaycan Texniki Universiteti (AzTU) növbəti uğura imza atıb.

AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, AzTU-nun koordinatorluğu ilə hazırlanan “Gürcüstan, Azərbaycan və Qazaxıstanda optik şəbəkələr və optik kommunikasiyalar üzrə ali təhsil müəsisələrinin monitorinq və idarəetmə potensiallarının artırılması” (Enhancing monitoring and management capacities of Higher education institutions on optical networks and optical communication in Georgia, Azerbaijan, Kazakhstan, ERASMUS-EDU-2024-CBHE-STRAND-2 -“OPTIFY”) adlı “Erasmus+” layihəsi Avropa Komissiyası tərəfindən qalib elan olunub.

Layihə çərçivəsində Azərbaycanda genislənməkdə olan optik şəbəkələrin monitorinqi və idarəolunması üzrə magistratura səviyyəsində yeni ixtisas açılacaq.

Bu ixtisas üzrə müasir səriştələrə və bacarıqlara malik kadr hazırlığı yerinə yetiriləcək, akademik heyətin qabaqcıl Avropa ali təhsil müəssisələrində müvafiq məzmun və müasir tədris üsulları üzrə təlimi yerinə yetiriləcək.

Həmçinin layihənin tərəfdaş universitetlərinin bazasında yeni tədris laboratoriyası yaradılacaq, sənaye üçün müvafiq məzmunlu təhsil modulları formalaşdırılacaq.

Qeyd edək ki, layihənin Azərbaycan üzrə tərəfdaşları Elm və Təhsil Nazirliyi, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Texnologiya Universitetidir. Layihə konsorsiumuna Avropa Komissiyasının proqram ölkələrinə daxil 4 , Qazaxstandan 3 və Gürcüstandan 3 tərəfdaş ali təhsil müəsisəsi daxil edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!