Növbədənkənar parlament seçkilərinə bir ay 15 gün qaldı…
Artıq namizəd olmaq üçün ərizə verənlərin sayı 500-ə yaxınlaşır… Sabah isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək. Tezadlar.az YAP- ın saytına istinadla bildirir ki, iclasda 2024-ci ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunacaq. Və bu siyahılar elan edildikdən sonra parlament seçkilərinə hazırlıqlarda yeni era başlayacaq… Bu isə siyasi ab- havanın qızışacağına dəlalət edir…
A.Məmmədli






