Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası başa çatıb və namizədlər müəyyənləşdirilib…
Tezadlar.az xəbər verir ki, iclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədləri artıq müəyyənləşdirilib. İlkin məlumata görə, hakim partiya 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb.
Elə isə, müstəqil namizədlərə semilmək şansı nə dərəcədə olacaq? Yaxın dəqiqələrdə dairələr üzrə tam siyahı təqdim ediləcək.
Qeyd edək ki, YAP-ın veteranları da siyahıya daxil edilib. Əli Əhmədov, Səyyad Aran, Mübariz Qurbanlı, Eyvaz Qurbanovun adı YAP-ın namizədlər siyahısında var. Vasif Talıbovla İsa Həbibbəylinin adı siyahıda yoxdur. Amma Eldar İbrahimovun adı isə namizədlər siyahısına daxil edilib
A.Məmmədli