Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynaya məxsus FPV pilotsuz uçan aparatı Belqorod yaxınlığındakı Oktyabrski kəndini vurub. Bir mülki şəxs yaralanıb.
“Hücum zamanı həmin şəxs velosiped sürürdü. Kürəyindən və qolundan qəlpə yaraları ilə müstəqil olaraq Oktyabr rayon xəstəxanasına müraciət edib. İlkin tibbi yardım göstərildikdən sonra zərərçəkmiş müalicə üçün Belqoroda aparılacaq”, – deyə rayon rəhbəri Vyaçeslav Qladkov bildirib.
Dron hücumu kənd mağazasının fasadına və şüşələrinə ziyan vurub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.
E.ŞİRİNOV