Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın Çxaltubo rayonunda sakinlərlə keçirilən görüş zamanı müxalifət fəalı Roland Nutsubidze “Gürcü arzusu” partiyasının üzvlərinə yaxınlaşaraq onlarla mübahisə edib.
Tezadlar.az “İmedi” telekanalına istinadən xəbər verir ki, mübahisə zamanı Nutsubidze hakim partiyanın üzvü Ermile Giqiadzeyə sərt sözlər deyib. Hadisədən biraz sonra Giqiadzenin halı pisləşib və yerə yıxılaraq dünyasını dəyişib. Əraziyə təcili tibbi yardım və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başlayıb. Gürcüstan Baş Prokurorluğu ölüm faktını nəzarətə götürüb.