24 Fevral 2025 / 17:22

Erməni general Levon Minasyan Xocalı qətliamını boynuna aldı- VİDEO

Zaman keçdikcə ermənilərin özləri belə Xocalıda törətdikləri qətliam və soyqırımı etiraf etməli olurlar. Tezadlar.az  bildirir ki, Gürcüstanlı bloger Tako Tamuna keçmiş erməni generalı Levon Minasyanı canlı yayıma çıxarıb. Erməni generalın ağzı qızışıb və  Xocalıda törətdiyi qətliamları etiraf edib. Bloger Minasyana “Siz Xocalıda olmusunuz?” sualı ünvanlayıb, o isə törətdiyi qətliamlarla bağlı bunları deyib: “Xocalı mənim işimdir… Saysız-hesabsız Azərbaycan türklərini qırdım. Onların neçəsinin başını kəsdiyimi belə xatırlamıram. Azərbaycanlılar da indi məni axtarır…”, – deyə Minasyan qeyd edib. Gürcü bloger təəccüblü şəkildə ondan ciddi olub-olmadığını soruşduqdan Minasyan “Nə olub gözəl qız, bəli, olub…”- deyə cavab verib.

Bax belə. İndi bu şərəfsizin yeri Azərbaycan DTX-nin təcridxanasında deyilmi???

A.Məmmədli

BU DA HƏMİN VİDEO:

https://www.youtube.com/watch?v=2D8HEGWSou8

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!