25 Fevral 2025 / 20:45

Korrupsioner barədə məlumat verərkən qəti narahat olmayın, çünki…

Deputatlarımız bir müddət əvvəl korrupsiya ilə bağlı məlumat verən şəxsin təhlükəsizliyi ilə bağlı MM-ə layihə verib. Halbuki, 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 11-2-ci maddəsi elə bu barədədir”. Sitat: “Maddə 11-2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi:
11-2.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
11-2.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
11-2.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olduğu təqdirdə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin prokurorluğa müraciəti əsasında “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilir”.
Başa düşə bilmədim, deputatlar qanuna daha nəyi əlavə etmək istəyirlər ki?!

Korrupsioner məmur barədə mediaya, digər üst qurumlara məlumat vermək istəyənlərin məsuliyyətinə- qorxusuna gəlincə, göründüyü kimi, qanun sizin təhlükəsizliyinizə və məxfiliyinizə tamamilə təminat verir. Və artıq heç bir məmur ondan harasa şikayət verdiyinizə görə sizi məhkəmə ilə və s.  hədələyə bilməz. Çünki özü qanunun hədəfindədir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!