Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xeyriyyəçiliyə üstünlük verən “SOCAR Georgia Petroleum” şirkəti Gürcüstanda güclü qar nəticəsində yaranan çətinliklərə görə zərərçəkənlərə yardım edəcəyini açıqlayıb. Tezadlar.az şirkətin “Facebook” səhifəsinə istinadla bildirir ki, Gürcüstanda güclü qar səbəbindən zərərçəkənlərə yardım etmək məqsədilə SOCAR Georgia Petroleum təşəbbüs qruplarının yanında yer alır və Off-road Club Georgia-nı yanacaqla təmin edir. Bu klub qısa müddət ərzində bölgəyə yola düşəcək ki, zərərçəkmiş ailələrə həyati əhəmiyyət daşıyan yardımları çatdırsın. Şirkət birlikdə daha sürətli və effektiv şəkildə ən çox ehtiyacı olan insanlara kömək ediləcəyini bildirir.
Bundan əlavə, qeyd olunub ki, təbii fəlakət səbəbindən bəzi bölgələrə təbii qazın verilməsi dayandırılıb. SOCAR Georgia Gas-ın bütün komandası problemi tez bir zamanda həll etmək üçün 24 saat ərzində fasiləsiz işləyir.
Gürcü xalqı yəqinki bu yaxşılığı da yaddaşına həmişəlik yazacaq.
Teyyub