Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Pakistanın Akora şəhərində fevralın 28-də cümə namazından sonra məsciddə partlayış baş verib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Polis cümə günü bildirib ki, bir neçə nəfər, o cümlədən dini məktəbin rəhbəri İslam seminariyasında baş verən partlayış nəticəsində yaralanıb”, – agentlik qeyd edib.
Agentliyin məlumatına görə, dini mərkəz əvvəllər orada Əfqanıstan İslamçı “Taliban” hərəkatının bir neçə liderinin təlim keçməsi ilə tanınır.
Fevralın 5-də “Taliban” hərəkatının yaratdığı Əfqanıstan Xarici İşlər Nazirliyi (XİN) ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından köçürülməsi zərurəti ilə bağlı sözlərini tənqid edib. Bəyanatda yalnız Qəzza sakinlərinin öz taleyini həll edə biləcəyi və Vaşinqtonun bu cür planlarının beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.
ELBAR