5 Mart 2025 / 15:31

Tanınmış vəkil Adəm Məmmədov həbs edildi – FOTO

Vəkil Adəm Məmmədov həbs edilib.

TEZADLAR.AZ xəbər verir ki, bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.

Qeyd edək ki, Adəm Məmmədov xüsusi ittiham qaydasında, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, məhkəmə onun qardaşı Xəyyam Məmmədov barəsində qərar çıxarıb. Məhkəmə onu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə dayandırılmışdı.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!