Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Astara Gömrük İdarəsində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə, yanğının yaranma səbəbləri və onun aradan qaldırılması” mövzusunda təlim keçirilib.
Tezadlar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının iştirakı ilə reallaşan təlimin keçirilməsində əsas məqsəd gömrükçülərə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
Təlimdə fövqəladə hallar, yanğın, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda mövzuya dair videoçarx nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
RÖVŞANƏ