6 Aprel 2025 / 09:57

Zelenskinin ofisi Ukraynadakı seçkilərlə bağlı bəyanatla çıxış edib

Ukrayna prezidenti Vladimir Zelenski prezident seçkilərində ikinci müddətə namizədliyini irəli sürməlidir.

Tezadlar.az xəbər verir ki, bu barədə UNİAN-a müsahibəsində Ukrayna liderinin ofisinin rəhbəri Mixail Podolyak bildirib.

Onun fikrincə, Zelenski “effektiv xarici siyasət” yürüdür və həm də ölkəni bərpa etmək üçün Qərb müttəfiqlərinin dəstəyini birləşdirməyə qadirdir.

“Mənim mövqeyim dəyişməz olaraq qalır – Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir”, – müşavir vurğulayıb.

Daha əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent demişdi ki, Zelenski Ağ Evdəki qalmaqallı davranışı ilə “dünyanın ən asan sövdələşməsini” pozdu. Söhbət Vaşinqtonun Ukrayna resurslarından qazanc əldə etmək üçün son təklifindən gedir. Departament rəhbəri əlavə edib ki, Zelenskinin ABŞ prezidenti Donald Trampla dalaşdığı gün sövdələşməni təsdiqləmək üçün hər şey hazır idi.

Bundan əvvəl ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis fikir bildirib ki, Ukrayna prezidenti münaqişəni dayandırmaq üçün lazımi addımları ata bilmədiyi üçün danışıqlar üçün yararsız tərəfdaşdır. Onun sözlərinə görə, Zelenski Ukrayna Silahlı Qüvvələrinin imkanları ilə bağlı da ciddi şəkildə yanıldır.

Ali Radanın deputatı Aleksandr Dubinski isə öz növbəsində qeyd edib ki, Ukrayna çətin seçim qarşısındadır: indi ərazisinin 20%-ni və ya yaxın gələcəkdə bütün ölkəni itirmək. Sual ABŞ-ın Ukrayna münaqişəsinin tənzimlənməsində Kiyevin tərəfində qalıb-qalmamasıdır, – o izah edib.

ELBAR

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!