Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 Fevral 2025 / 11:42

CƏSUS İTTİHAMLI AZƏR BAĞIROV HƏBS EDİLƏRƏK AZƏRBAYCANA VERİLDİ

Xarici kəşfiyyatın xeyrinə casusluqda ittiham olunan Azərbaycan vətəndaşı Azər Bağırov cinayət məsuliyyətinə cəlb edilib. Tezadlar.az xatırladır ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. A.Bağırov Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsilə (dövlətə xəyanət) ittiham olunur.

“Turan” yazır ki, Azər Bağırov Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb və Bakıya gətirilib.

İş üzrə istintaq davam edir.

Oxşar ittiham “Rus evi”nin başı üzərində dolaşır. Yerli mediada bu barədə ətraflı bəhs edilir, hətta adlar da çəkilir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!