9 Aprel 2025 / 10:40

Ermənistan Araz çayını çirkləndirməkdə davam edir

“Jurnalistlərin, həmçinin ziyalıların səfərləri təşkil edilə, bəlkə də transsərhəd çaylarla bağlı birgə tədbirlər keçirilə bilər. Biz bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik, çünki Ermənistan Araz çayını çirkləndirir”.  Tezadlar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. Dövlət başçısı deyib: “Əgər biz Azərbaycan istiqamətində bu məsələləri müzakirə edə bilsək, yaxşı olar. Bu, praktiki addımları göstərir və etimadın olmamasını belə kiçik addımlarla tədricən azalda bilərik. Bu, illər tələb edəcək, lakin biz bununla azalda bilərik”.

Forum hazırda da öz işini davam etdirir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!