11 Aprel 2025 / 11:33

Lavrov MDB tərəfdaşlarını Rusiya ilə ABŞ arasında Ukrayna ilə bağlı təmasların gedişi barədə məlumatlandırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Müstəqil Dövlətlər Birliyindən (MDB) olan tərəfdaşları Rusiya-Amerika təmaslarının gedişi, o cümlədən Ukrayna nizamlanması məsələləri barədə məlumatlandırıb.

“Mən MDB ölkələrindən olan həmkarlarımızla danışdım, onlarla müxtəlif səviyyələrdə amerikalılarla təmaslarımızın bəzi təfərrüatlarını, o cümlədən Ukrayna böhranının həllində Vaşinqtonun yardımı məsələsini bölüşdüm”, – Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!