Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Moskva Vaşinqtonla dialoqu bərpa etməyə hazırdır, lakin təkcə sözlərə etibar etməyəcək”. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu müsahibəsində belə deyib. Şoyqu deyib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya ilə ikitərəfli münasibətləri bərpa etmək üçün müəyyən addımlar atır. Sitat: “Bu istiqamətdə ilk nəticələr onun əməli münasibətindən xəbər verir. ABŞ faktiki olaraq sələflərinin bir çox stereotiplərini rədd edərək hadisələrə real baxış nümayiş etdirir. Biz bu yanaşmanı alqışlayırıq və buna uyğunlaşmağa hazırıq. Amerikalıların nizamlanma tələb edən yığılmış sistemli problemləri həll etməyə hazır olub-olmadığını zaman göstərəcək. Bu proses mürəkkəbdir və heç də sürətli deyil. Birləşmiş Ştatlarla qarşılıqlı əlaqəmizin tarixi göstərir ki, şifahi təminatlara deyil, yalnız konkret hərəkətlərə və faktlara etibar etmək olar. Ancaq çinli dostlarımızın dediyi kimi, min liqalıq səyahət bir addımdan başlayır. Bu gün biz deyə bilərik ki, ilk addımlar hər iki tərəfdən – Amerika və Rusiya tərəfindən atılıb”.
Bunlar o deməkdir ki, rəsmi Moskva Trampın sözlərinə deyil, konkret hərəkət və addımlarına inanır. Bəs Tramp Putinin arzuladığı o addımı ata biləcəkmi və ya atacaqmı?
A.Məmmədli