Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Aprel 2025 / 12:14

Peskov: Xüsusi hərbi əməliyyat davam edir, lakin Rusiya danışıqlara hazırdır

Rusiya xüsusi hərbi əməliyyatını davam etdirir, lakin Moskva ilkin şərt olmadan Kiyevlə danışıqlara başlamağa hazırdır.

Tezadlar.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Amerika lideri Donald Trampın Rusiyaya Ukrayna hədəflərinə zərbələri dayandırmaq çağırışını şərh edərkən deyib.

“Tramp bunları deyib. Xüsusi hərbi əməliyyat davam edir”, – Peskov xatırladıb. – “Prezident Rusiya tərəfinin dinc kursa doğru irəliləmək üçün heç bir şərt olmadan Ukrayna ilə danışıqlar prosesinə başlamağa hazır olduğunu dəfələrlə təsdiqləyib”.

Kreml sözçüsü qeyd edib ki, Birləşmiş Ştatlar da “prosesi dinc yola yönəltmək” səylərini davam etdirir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!