Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna münaqişəsinin həlli üçün Krım, Sevastopol, Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası, Xerson və Zaporojya vilayətlərinin Rusiya əraziləri kimi beynəlxalq səviyyədə tanınmasının zəruri olduğunu bildirib. Tezadlar.az “İzvestiya”ya istinadla bildirir ki, o, bu barədə Braziliyanın “O Globo” nəşrinə müsahibəsində qeyd edib. Lavrov bildirib ki, Kiyev bütün öhdəliklərini qanunla təmin etməli, bu öhdəliklər icra mexanizmləri ilə dəstəklənməli və daimi xarakter daşımalıdır. Nazir əlavə edib ki, Rusiya Federasiyasının Ukrayna ilə bağlı mövqeyi beynəlxalq ictimaiyyətə bəllidir. Onun sözlərinə görə, Ukraynanın NATO-ya üzv olmaması və 1990-cı ildə qəbul edilmiş Dövlət Suverenliyi Bəyannaməsinə uyğun olaraq neytral və bloklara qoşulmayan statusunun təsdiqlənməsi Moskvanın təhlükəsizlik maraqları baxımından əsas prinsiplərdən biridir.
Lavrov həmçinin 2014-cü ilin fevralında Kiyevdə baş vermiş hadisələri çevriliş kimi qiymətləndirib və rus dilinə, mediasına, mədəniyyətinə, adət-ənənələrinə, eləcə də kanonik pravoslavlığa qarşı yönəlmiş təzyiqləri pisləyib.
Rusiyanın ucqar ərazilərində kəndlərin, qəsəbələrin sahibsizlikdən boşalmasını sübut edən onlarla videogörüntülər elə Rusiya mediasında yayılmaqdadır. İmperiya iddiaları və daha çox ərazilərə sahib olmaq istəkləri bu gün ölkəni pis duruma gətirib çıxarıb. Fakt isə odur ki, hansısa səbəbdən özünü dünyanın lider ölkəsi sayan ABŞ- da da Rusiyanı yerində oturtmaq istəmirlər, əksinə, Trampın davranışından belə görünür ki, o, Rusiyadan çəkinir.
A.Məmmədli