Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 May 2025 / 11:52

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum başlayıb-FOTOLAR

Bu gün Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forum keçirilir. Forumda iştirak edən “Təzadlar”ın baş redaktoru Asif Mərzili bildirir ki, tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ali Məhkəmənin Kollegiyasının sədri Sənan Hacıyev, həmçinin başqa dövlət qurumlarının idarə heyətlərinin üzvləri, nazir müavinləri və media subyektlərinin rəhbərləri iştirak edirlər. Forum medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsi məqsədilə təşkil edilir. Tədbir açılış nitqləri və rəsmi hissənin ardınca “Konstitusiya və Suverenlik İlində media gündəmi”, “Nəqliyyat infrastrukurunda davamlı həllər media müstəvisində” və “Təhlükəsizlik rəqəmsal media mühiti: məlumatlı istifafəçilər” adlı panel sessiyalarla davam etdiriləcək.

“Forum ictimai proseslərin mediada dolğun və düzgün işıqlandırılması problemləri kimi vacib məsələlərə həsr edilib, hesab edirəm ki, medianın fəaliyyətində mühüm əhəmiyyət daşıyır, gələcəkdə jurnalistlərin fəaliyyətinə vacib təsiri olacaq…”,-  deyə Asif Mərzili bildirdi.

Ramiz  

asif-med-2

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!