Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 May 2025 / 19:53

Sabiq Prezidentin evinin ətraflnda atışma olub- TƏCİLİ

Şənbə gününə keçən gecə Tbilisinin mərkəzində Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilinin evinin yanında atışma baş verib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb. Zurabişvili deyib: “Səhər saat 4:20-də Qudiaşvili bağı ərazisində və evimin qarşısında səs-küy qalxdı: təxminən 40 nəfərdən ibarət bir qrup qışqırır və dalaşırdı, nəhayət, silah tətbiq edildi (8 güllə, biri mənim həyətimdə). Bu, artıq mənim təhlükəsizliyimlə bağlı məsələ deyil, şəhərdə təhlükəsizlik məsələsidir. Bura şəhərin mərkəzidir, burada kafe və barlar gecə gec saatlara qədər işləyir, gənclər gecələr gəzintiyə çıxır, çoxlu sayda əcnəbi var, gecə reysləri ilə gələn turistlər bu ərazidəki hotellərə yerləşirlər”. Zurabişvili istintaq tədbirlərindən sonra hadisə yerində çəkilmiş fotoları paylaşıb. Sabiq prezidentin sözlərinə görə, polis hadisə yerinə yalnız səhər saat doqquzda gəlib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!