Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 May 2025 / 10:08

Ürək həkimi həbs edildi və… – SƏBƏB

Bir müddər əvvəl Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri olmuş Elnur Həsənov odlu silah və soyuq silah saxlamaq ittihamı ilə həbs edilmişdi. Onun cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib və o, azadlığa buraxılıb. 49 yaşlı Elnur Həsənov bir neçə ay əvvəl “Fairmont” hoteldəki bərbərə gedərkən saxlanılıb. Belə ki, həmin vaxt ölkədə COP29 layihəsi çərçivəsində Daxili Qoşunların əməkdaşları hotelin girişində onun avtomobilini yoxlayıblar. Həkimin avtomobilinin salon hissəsindən gümüşü rəngdə tapança, yük yerindən isə xeyli sayda ov zamanı istifadə olunan əşyalar tapılıb. Bundan sonra Elnur Həsənovun evinə baxış keçirilib və 9 ədəd ov bıçağı, 366 kalibrli 300 ədəd patron, 12 kalibrli 125 ədəd patron, 4 ədəd ov silahı və “beşbarmaq” müəyyən edilib.
Elnur Həsənov ov həvəskarı olduğunu bildirib. Onun sözlərinə görə, gü*müşü tapançanı parkda gəzən zaman tapıb. Onun digər si*lahları rəsmi qaydada aldığı, şəhadətnamələrinin olduğu müəyyənləşib.
Qeyd edək ki, E.Həsənov həbs edildiyi gündən sonra uzun müddət getmədiyi üçün işdən azad edilib. Ona 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Həbsdə qaldığı müddət nəzərə alınaraq onun üzərində 2 il 1 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb və azad edilib. Həsənov bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.
Bu da ehtiyatsızlığın sonu…
XALİQ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!