Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Muğamsevərlərə şad xəbər: Bu gündən IX Muğam Televiziya Müsabiqəsinə start verilir. Bu barədə layihənin icraçı direktoru İlqar Fəhmi məlumat yayıb. Fəhmi bildirib ki, bu il IX Muğam Televiziya Müsabiqəsinə 20 nəfər gənc, 10 nəfər uşaq seçilib. İcraçı direktor qeyd edib ki, təxminən 3 ay ərzində Bakıda və bölgələrdə dinləmələr keçiriləcək. Final mərhələsi isə avqust ayına nəzərdə tutulur.
Qeyd edək ki, Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci il dönümüdür.