MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Çadda Zakouma Milli Parkında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
“Tezadlar.az” xəbər verir ki, bu barədə “Journal du Tchad” informasiya portalı məlumat yayıb.
Qeyd olunub ki, insident kərgədanların izlənilməsi zamanı baş verib. Təyyarə yaxınlıqdakı heyvanı aşkar etmək üçün manevr edərkən qəzaya uğrayıb.
Təyyarədə iki nəfər olub, hər ikisi ölüb. Onlardan biri Cənubi Afrikadan olan pilot, digəri isə qoruğun əməkdaşı olub.