Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

P.S.Saleh Səmədov 1962-ci ilin iyun ayının 27-də İmişli şəhərində anadan olmuşdur. 1969-1980-ci illərdə İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəbdə orta təhsil almışdır. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə bitirmişdir. Saleh Səmədov əmək fəaliyyətinə 1980-81-ci illərdə İmişli Rayon Yol İstehsalat İdarəsində fəhlə kimi başlamışdır.
1983-85-ci illərdə İmişli Rayon Rabitə və İşarəvermə Stansiyasında anbar müdiri, 1985-86-cı illərdə İmişli Rayon “Yol Restoran” Birliyində bufetçi, 1986-87-ci illərdə Bakı Şəhər “Azərkitab” Birliyi 1 saylı kitab mağazasında satıcıişləmişdir.
1987-92-ci illərdə Bakı Şəhər 4 saylı Kolxoz Bazarında tədarük-satış müəssisəsinin müdiri, 1992-93-cü illərdə Bakı ŞİH Aqrar Məhsulları Bazar Ticarəti İdarəsinin baş direktoru, 1993-95-ci illərdə Bakı Şəhəri “Ozan” Kiçik Müəssisəsinin direktoru, 1995-96-cı illərdə Bakı Şəhər Ticarət İctimai İaşə Baş İdarəsinin rəis müavini, 1996-98-ci illərdə Bakı Şəhər Səbayıl Rayon Ticarət və İctimai İaşə Baş idarəsinin baş direktoru, 1998-99-cu illərdə Bakı Şəhəri İstehlak Bazarı Xidməti Departamentinin Nərimanov Rayon Şöbəsinin rəisi, 1999-2001-ci illərdə Bakı Şəhəri “FM-RUS” Kommersiya Firmasının direktoru, 2001-2002-ci illərdə Bakı Şəhəri İstehlak Bazarı və Xidməti Departamentinin Ekspertiza və Sertifikatlaşdırma İdarəsinin rəisi vəzifələrində işləmişdir. Saleh Səmədov 2002-2006-cı illərdə İmişli Rayon “Araz” MMC firmasının təsisçi olmuşdur. 2006-2008-ci illərdə Naftalan Şəhər İcra Hakimiyyətində[2] baş iqtisadçı, 2008-2009-cu illərdə “Xan-Araz” MMC-də direktor, 2009-2010-cu illərdə İmişli Rayon Məşğulluq Mərkəzində direktor, 2010-2011-ci illərdə İmişli Rayon İcra Hakimiyyətində[3] Başçının Sosial-İqtisadi Məsələlər Üzrə müavini, 2011-2013-cü illərdə “Xan-Araz” MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə “Azər-S-Test” MMC-də direktor vəzifələrində işləmişdir. Saleh Səmədov 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. 4 övladı var.
SUAL OLUNUR: bu qədər məsul vəzifələrdə çalışan şəxs hərəkətində niyə naşılığa yol verib???
(Şəkildə: S.Səmədov ortada)