Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 May 2025 / 16:49

Hacı Zeynalabdin Tağıyevlə Mirzə Ələkbər Sabirin… nadir fotosu-FOTO

Dr.Zaur Aliyev olduqca nadir fotoları təqdim etmişdir… Tezadlar.az xatırladır ki, Dr.Zaur Aliyev həmin fotolara belə bir maraqlı şərh də vermişdir:
Fotoda olanlar Soldan: Üzeyir bəy Hacıbəyli, Əli bəy Hüseynzadə, Abdulla Şaiq, Bakının axundu (təəssüf ki, adını tapa bilmədim), Ortada: Hacı Sultanəli Haşımov, Sağdan: Mirzə Ələkbər Sabir və Hacı Zeynalabdin Tağıyev. 
Bu nadir foto Balaxanı kəndində məktəb açılışında çəkilib. O dövrün tanınan xeyriyyəçisi, sahibkar Hacı Sultanəli Haşımov Mirzə Ələkbər Sabiri Bakıda müalicə etdirəndən sonra onu bu məktəbdə müəllim kimi işləməsinə şərait yaradıb və yaxınlıqda onun qalması üçün ev də hədiyyə edib. Həmin məktəbdə Mirzə Ələkbər Sabir xeyli müddət dərs demişdir. Sovet dövründə bu məktəb müxtəlif məqsədlərdə istifadə edilib. Sonra onu bir xanım əldə edib. İndi Balaxanıda bu tarixi məktəbin bir hissəsi yeməkxana, digər hissəsi isə ümumuayaqyolu kimi istifadə edilir.
Qeyd edim ki, şəkildə olan Hacı Sultanəli Haşımov 1851-ci ildə Bakının Balaxanı kəndində dünyaya gəlib. Hələ 11 yaşında ikən hər iki valideyinini itirib böyük bacısının himayəsində yaşayan Soltanəli Haşımov 14 yaşında Nobel qardaşlarının Bakıdakı neft buruqlarında fəhləlik etməyə başlamışdır. Hacı Soltanəli, həmçinin Bakıda neçə-neçə bina tikib. Bunlardan biri də Bakıda Nizami metrostansiyasının yaxınlığında yerləşən Hacı Sultanəli məscidi, hamamı və əzəmətli binalardır. Daim xalqını elmli, təhsilli görmək istəyən Hacı Soltanəli 1927 -ci ildə ürək infarktı nəticəsində vəfat edib. Hacı Sultanəli Ləhiş bağlarında tikdirdiyi məscidin yaxınlığında dəfn edilib”.
Tarixdə yaxşılar və yaxşılıqlar heç vaxt unudulmur!
Təqdim etdi: A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!