Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 May 2025 / 21:54

Yuri Matias mövsümün sonunu gözləmədən ölkəni tərk etdi

Söhbət mərkəz müdafiəçisi Yuri Matiasdan gedir.

Braziliyalı legioner mövsümün sonunu gözləmədən ölkəmizi tərk edib.

Baş məşqçi Samir Abasovun planlarına daxil olmayan mərkəz müdafiəçisi ilə anlaşma mövsümün sonu başa çatırdı.

Normalda son tura kimi düşərgədə olmaq 30 yaşlı legionerin borcudur.

Amma klub rəhbərliyi ilə görüşən cənubi amerikalı sezon başa çatmadan getməsinə icazə verilməsini xahiş edib.

Rəsmilər “44 nömrə”nin istəyinə yox deməyib.

O, da bu gün kollektivlə sağollaşaraq vətəninə yola düşüb.

Yuri 2023-cü ilin yayından “ağ qaralar”ın şərəfini qoruyur.

O, arxada qalan müddətdə meydana çıxdığı 71 matçda 10 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Premyer Liqanın sonuncu turunda “Neftçi” “Sabah”ın qonağı olacaq. (sportinfo)

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!