Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 May 2025 / 21:57

“Reyndcers” 6 futbolçu ilə yollarını ayırdı

Şotlandiya təmsilçisi “Reyndcers” 6 futbolçusu ilə vidalaşdığını elan edib.

“Tezadlar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qlazqo kollektivi müqavilə müddəti başa çatan Yanis Haci, Leon Baloqun və Tom Lourenslə yeni sözləşmə imzalamayıb.

Bundan başqa, cari mövsümün əvvəlində komandaya icarə əsasında qoşulan Vaçlav Çerniy, Nerayşo Kasanviro və Rafael Fernandes öz klublarına qayıdıblar.

Qeyd edək ki, “Reyndcers” bu mövsüm Şotlandiya çempionatını “Seltik”in ardınca ikinci sırada tamamlayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!