Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 May 2025 / 10:40

BANM və Bayraktar TA MMC Anlaşma Memorandumu imzalayıb -FOTOLAR

Bakı Ali Neft Məktəbi (BANM) ilə Bayraktar Teknoloji Azərbaycan MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
  TEZADLAR.AZ  xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabındakı paylaşımda  məlumat verib.
“Bayraktar Teknoloji Azərbaycan şirkətinin baş icraçı direktoru Hüseyin Topuz, əməkdaşlığın tərəflər üçün strateji əhəmiyyətini vurğulayıb və bu istiqamətdə mühüm layihələrin gerçəkləşəcəyini bildirib.

Görüşdə,  həmçinin Bayraktar Teknoloji Azərbaycan şirkətinin Baş texnologiya direktoru Erdoğan Akhan, Süni intellekt komandası rəhbəri Zərəfşan Məmmədova, T3 Vəqfinin direktoru Ahmet Köse iştirak ediblər”, deyə o qeyd edib.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!