Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bir səhnə vardı, rəhmətlik Şahmar Ələkbərovla çəkilirdik, “sevgilisi” idim filmdə. Demək, səhnə belə idi ki, dağdan üzüaşağı qaçırıq, o da mənim əlimdən tutub ki, yıxılmayım, birgə qaça bilək. Elə bu vaxt qayınatamın səsini eşitdik”.

“Tezadlar.az” xəbər verir ki, bu sözləri 84 yaşlı Xalq artisti Ofeliya Sənani Oxu.az-a müsahibəsində “Dağlarda döyüş” filmindən danışarkən bildirib.
“Qışqırırdı ki, qızın əlini burax, “Fərrux”, əlindən tutma. “Fərrux” Şahmarın oynadığı obrazın adı idi. Şahmar yazıq da çaşıb deyir, ay Möhsün müəllim, necə əlindən tutmayım, axı qayalıqdır, qız yıxılar, qolu-qıçı qırılar. Əlindən tuturam ki, rahat düşək də. Qayınatam da qayıtdı ki, hə, yaxşı, yaxşı…”, – o əlavə edib.
Qeyd edək ki, Ofeliya Sənani Xalq artisti Möhsün Sənaninin oğlu Vahid Sənani ilə evli olub.