Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 May 2025 / 08:03

Bakı Şin zavodunun həyətində hələ Sovet dövründə Rəsulzadınin büstü var imiş…

Dünən Müstəqilliyimizin elan edilməsindən 107 il ötürdü… Cümhuriyyətimizin ilk banisi Rəsulzadənin ruhu şad idi. Çünki ona olan xalq sevgisi heç vaxt tükənməz deyil. Belə bir gündə maraqlı tarixi faktla rastlaşdım. Sən demə, hələ SSRİ- nin mövcud olduğu dönəmdə Bakının Şin Zavodunun həyətində M.Ə.Rəsulzadənin büstü qoyulubmuş. Bu barədə Elməddin bəy özünün sosial media platformasında məlumat yayıb. Sitat: “Az öncə Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin ölkəmizdəki ilk abidəsini ziyarət etdik. 1990-cı ilin aprelində Bakı Şin zavodunun həyətində, zavodun o vaxtki direktoru Felmar Ələkbərlinin təşəbbüsü ilə qoyulmuş bu büst baxımsızlığa düçar olsa da, bizim üçün mənəvi dəyərini hər zaman qorumuşdur. Ötən il bu gün, bu saatlarda bu məkanı dəyərli Felmar bəylə birlikdə ziyarət etmişdik. Təəssüf ki,bu il qismət olmadı. Amma Felmar bəyin öz bağçasında yetişdirdiyi gülləri Milli liderimizin abidəsinə ərməğan edə bildik. Əminəm ki, bu əziz gündə – ən əziz bayramımızda həm Böyük Rəsulzadənin, həm də əziz Felmar bəyin ruhları şad olacaq…”.
Bu Azərbaycan xalqıdır. Bu xalq yaxşıları və yaxşılıqları heç vaxt unutmur!
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!