Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 May 2025 / 11:53

Mirzə Ələkbər Sabir haqqında inanılmaz hadisə…-Dr.ZAUR ƏLİYEV YAZIR

 …Bakının tanınan xeyriyyəçilərindən Hacı Sultan Əli Mirzə Ələkbər Sabirin xəstə və işsiz olmağını eşidib onu Balaxanıda açdığı məktəbə müəllim kimi dəvət edir. Bu barədə yazmışam: https://tezadlar.az/haci-zeynalabdin-tagiyevle-mirze…/
Hacı Sultan Əli ona ev və müalicəsi davam etsin deyə ərzaq yardımı da edirmiş. Xüsusilə onun üçün hər dəfə bal gətirib verirmiş ki, Sabirin immun sistemi xəstəliyə qalib gəlsin… Bir gün Hacı Sultan Əli Sabiri görmək üçün səhər tezdən sinifə gəlir. Qeyri-adi bir mənzərə ilə qarşılaşır… Mirzə Ələkbər Sabir onun üçün gətirilən balı öz əli ilə sinifdəki körpələrə yedirdirmiş. Öz sağlamlığını yox, körpə balaların sağlam olmasını düşünən, özü ac qalıb millətin gələcəyini tox böyüməsini istəyən bir insan necə Möhtəşəm ola bilər, təsəvvür edin!
Mirzə Ələkbər Sabir ( Ələkbər Zeynalabdin oğlu Tahirzadə) 30 may 1862- ci ildə qədim Şamaxı şəhərində anadan olub.. Bu gün Tanrının onu Azərbaycan xalqına  hədiyyə etdiyi gündür… Ruhun şad olsun böyük şəxsiyyət”
Dr.Zaur Əliyev
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!