Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2025 / 11:00

Diqqət: Maqnit qasırğası başlayıb – bu dəqiqələrdə 5 ballıq…

İyunun 2-i səhər saatlarında orta coğrafi enliklərdə 10 ballıq şkala ilə 6 ballıq maqnit qasırğası olub.

Bu barədə TEZADLAR.AZ  -a  Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat evrilib.

Bildirilib ki, saat 9.00-dan sonra qasırğanın gücü 5, saat 12.00-dan sonra isə 4 bal olacaq. Qasırğanın 5-dən aşağı balı Yerə nisbətən təsirsiz ötüşür. Yüksək coğrafi enliklərdə saat 12.00-dək maqnit qasırğasının gücünün 10 ballıq şkala ilə 6-7, günün sonu üçün 3-4, iyunun 3-ü saat 03.00-12.00 aralığında 5-6 bal olacağı gözlənilir.

Orta coğrafi enliklərdə iyunun 2-də saat 15.00-dan sonra maqnit sahəsinin göstəriciləri fon səviyyəsində olacaq.

Yaranan qasırğalar Günəşdə baş vermiş alışmaların STEREO və LASCO koronoqrafları ilə çəkilmiş şəkillərinə görə müəyyən olunub. Mayın 31-də baş vermiş tac kütlə atılması Yer yaxınlığından keçərək maqnit qasırğası yaradıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!