Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı şəhəri üzrə attestat qiymətləri əla olan abituriyentlərindən 3,95 %-i 200 baldan aşağı nəticə göstərib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.
Jurnalda qeyd edilənlərə əsasən, ötən il şəhərin ümumtəhsil müəssisələrini 28 min 203 şagird bitirib və onların 28 min 115 nəfəri buraxılış imtahanında iştirak edib.
Şəhərin məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal (62.03) respublika üzrə orta göstəricidən 11.66%, riyaziyyat fənni üzrə topladıqları orta bal (38.05) 11.59%, xarici dil fənni üzrə topladıqları orta bal (51.73) 21.12%, hər üç fənn üzrə birlikdə topladıqları orta bal (151.80) isə 14.92% yuxarıdır.
Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 12.78%-i 30 və daha az, 43.89%-i 30-70 intervalında, 43.33%-i 70-dən çox bal toplayıb. Riyaziyyat fənni üzrə bu göstəricilər müvafiq olaraq 52.82%, 27.85% va 19.33%, xarici dil fənni üzrə isə 30.29%, 37.26% va 32.46% olub.