Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyun 2025 / 11:22

Bakı məzunlarının 3073 nəfəri 500-dən, 964 nəfəri 600-dən yuxarı bal toplayıb

Paytaxtda ümumilikdə 28113 nəfər attestat alıb.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

Bildirilir ki, attestat alanların 77.61%-i (21 min 819 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 92.48%-i (26 min nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.

Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 14 min 225 məzunu (imtahanlarda iştirak edənlərin 54.71%-i) tələbə adını qazanıb. Onların 53.08%-i (7551 nəfəri) dövlət, 3.53%-i (502 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 31.36%-i (4461 nəfəri) dövlət, 12.03%-i (1711 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olub.

Paytaxt məzunlarının 3073 nəfəri 500-dən,  964 nəfəri  isə 600-dən yuxarı bal toplayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!