Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyun 2025 / 11:34

Bakı abituriyentlərinin çoxunun seçimi bu iki universitet oldu

Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

Bildirilir ki, abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb:

0-100 intervalında 8.24% (1798 nəfər), 100-200 intervalında 23.82% (5197 nəfər), 200-300 intervalında 21.83% (4763 nəfər), 300-500 intervalında 32.03% (6988 nəfər), 500-dən yuxarı 14.08% (3073 nəfər). Beləliklə, şəhərin abituriyentlərinin yalnız 46.11%-i 300-dən yuxarı bal toplayıb.

Bakı şəhərinin attestat qiymətləri əla olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə 50.44% olub. 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!