Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyun 2025 / 23:47

İsraildən Ukraynaya “Patriot” yardımı- STRATEJİ KÖMƏK!

Ukrayna münaqişəsi zamanı İsrail ABŞ-dən aldığı və 1990-cı illərdə istifadə edilən “Patriot” hava hücumundan müdafiə sistemlərini Kiyevə təhvil verib. Tezadlar.az xatırladır ki, bu barədə “Insider” nəşri İsrailin Ukraynadakı səfiri Mixail Brodskinin bəyanatına istinadən xəbər verir. sitat: “Bir vaxtlar ABŞ-dən aldığımız “Patriot” sistemləri hazırda Ukraynadadır. Bunlar 1990-cı illərin əvvəllərində İsraillə xidmətdə olan sistemlərdir. Biz onların Ukraynaya verilməsinə razılaşdıq”.

Brodski “Patriotlar”ın Kiyevə dəqiq nə vaxt və hansı miqdarda köçürüldüyünü açıqlamayıb. Eyni zamanda “The New York Times” mayın əvvəlində yazıb ki, Ukrayna “Patriot” sistemlərini, o cümlədən İsraildən ötürməklə əlavə hava hücumundan müdafiə sistemləri ala bilər. Nəşrin əlumatına görə, daha sonra bir sistem təmirdən sonra göndərilməyə hazırlanırdı.

Qeyd edək kiş hazırda belə hava hücumundan müdafiə sistemi Ukraynaya hava- su kimi lazımdır. Çünki Rusiya ordusu son günlər Ukraynanın bütün ərazilərini raket atəşinə tutmaqdadır.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!