Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2025 / 10:50

BANM-nin rektoru hərbi xidmətdən dönən məzununu dekan müavini təyin etdi – FOTO

Bakı Ali Neft Məktəbinin məzunu doğma təhsil ocağına dekan müavini təyin edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat paylaşıb.
“Böyük gələcək vəd edən daha bir BANM məzununu, müəllimini, bu günlərdə hərbi xidmətdən qayıdan Ramil Şükürovu mühəndislik fakültəsinin dekan müavini təyin etdik.
Ramil müəllimin uğur hekayəsini sizinlə bölüşürəm:

O, 2013-cü ildə DİM qəbul imtahanından 652 bal toplayaraq BANM-ın Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasında bakalavr təhsili almaq hüququ qazanıb.
2018-ci ildə Ali Məktəbimizi fərqlənmə diplomu ilə bitirib və həmin il də DİM-in imtahanından 150 üzərindən 140 bal toplayaraq doğma BANM-in Texniki sistemlərdə informatika və idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil almaq imkanı qazanıb. 2 illik magistr təhsilini də fərqlənmə diplomu ilə bitirib.
Karyerasına magistr təhsili müddətində BANM-in Elektron tədris şöbəsində metodist vəzifəsində işə başlayıb.
Bir müddət sonra İnformasiya Texnologiyaları kafedrasında müəllim olaraq fəaliyyətini uzun müddət davam etdirib.
Daha sonra baş müəllim vəzifəsinə təyin edilmişdir.
2019-cu ildə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edib.
ICPC 2022/2023 – Azərbaycan regional yarışı; 1/4 final mərhələsi üzrə rəhbərlik etdiyi BHOS1 komandası qalib gələrək Gürcüstanda keçirilən yarımfinala vəsiqə qazanıb.
2022-ci ildə “TEKNOFEST ” layihəsi çərçivəsində keçirilən “Həvəskar Peyk Modelləşdirilməsi” yarışında rəhbərlik etdiyi İstiqlal komandası 1-ci yerə layiq görülüb. BANM-ın doktoranturasında təhsilini davam etdirir, yaxın zamanlarda elmi müdafiəsinə hazırlaşır. N saylı hərbi hissəsində hərbi xidmətini uğurla başa vuraraq baş əsgər rütbəsi alıb. Hərbi xidmətdən sonra isə BANM-nin Mühəndislik fakültəsinin dekanlığına dekan müavini təyin olunub”, – deyə rektor qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!