Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2025 / 13:57

Şəmkirin keçmiş rüşvətalan başçısı Alimpaşa Məmmədov əmlakını tələb edir, amma…

Bu gün Şəmkirin həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə verilmiş kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. Tezadlar.az xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə onun üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı şikayəti təmin edilməyib. Həmçinin Alimpaşa Məmmədov cəzası ilə bağlı verdiyi kassasiya şikayətini geri götürmək üçün məhkəməyə müraciət edib. Onun gələcəkdə yenidən cəza ilə bağlı kassasiya şikayəti vermək hüququ saxlanılmaqla müraciəti təmin edilib.

Xatırlatma: sabiq icra başçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2024-cü ilin iyun ayında olan hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə onun həbs cəzası 10 il 6 aya endirilib. A.Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Ona AR Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!