Əsas məzmuna keç

Boksçularımız Niderlanddakı turnirdən 3 medalla qayıdırlar

Niderlandın Eyndhoven şəhərində boks üzrə beynəlxalq turnir keçirilib.

Tezadlar.az-a Boks Federasiyasından verilən məlumata görə, Azərbaycan millisi yarışı 3 medalla başa vurub.

Yığmanın heyətində Məhəmmədəli Aşurəliyev (60 kiloqram) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əli Abdullayev (65 kiloqram) Eyndhoven kubokunu gümüş, Nəbi İsgəndərov (70 kiloqram) isə bürünc medalla bitirib.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…