Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əhmədabadda Air India sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə qara qutular tapılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə News18 telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, qara qutular qəzadan bir neçə saat sonra aşkar edilərək götürülüb. Onlar qəzanın dəqiq nəyə səbəb olduğunu müəyyən etməyə kömək edəcəklər.
Xəbər verdiyimiz kimi, iyunun 12-i cümə axşamı günü Hindistanın qərbindəki Əhmədabad şəhərinin yaşayış massivində Air India şirkətinə məxsus təyyarə qəzaya uğrayıb. Təyyarə Londona uçmalı idi, lakin havaya qalxdıqdan az sonra kapitan qəza siqnalı göndərib və kritik fövqəladə vəziyyət barədə məlumat verib.
Qəza nəticəsində ölənlərin dəqiq sayı müəyyənləşdirilir.
E.ŞİRİNOV