Əsas məzmuna keç

İran ABŞ-ın münaqişəyə müdaxiləsinə bütün cavabları nəzərdən keçirir

Tehran ABŞ-ın İranla münaqişəyə İsrail tərəfində mümkün müdaxiləsinə bütün mümkün cavabları nəzərdən keçirir.

Tezadlar.az xəbər verir ki, bunu İslam Respublikası xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

“Əgər Amerika sionist rejimin (İsraili nəzərdə tutur – RED.) tərəfində olan (döyüş meydanına) aktiv şəkildə daxil olmaq istəsə, İran təcavüzkarlara dərs vermək, milli təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün bütün alətlərindən istifadə etməli olacaq. Bizim hərbi qərar qəbul edənlərin masada bütün lazımi variantları var”, – ISNA agentliyi onun sözlərini sitat gətirir.

E.ŞİRİNOV 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…