Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyun 2025 / 11:35

“Azəriqaz”ın xadiməsi işini itirməyi niyə ailə faciəsi sayır?- ÇƏTİN SUAL

HƏYAT BİR İMTAHANDIR, ONA YAXŞI HAZIRLAŞMAQ LAZIMDIR VƏ ÖZÜNƏ GÜVƏN OLMALIDIR!

Bunu kim deyib, qoyaq bir kənara. Amma “İşimi itirmək mənim üçün ailəmin bütün təməlini itirmək deməkdir. Bu, sadəcə bir vəzifə deyil – bu, bizim yaşamaq ümidimizdir. Sizdən xahiş edirəm: mənim bu ağır vəziyyətimə biganə qalmayın”, -deyir “Azəriqaz”ın xadiməsi. Bu sözlər “Azəriqaz”ın Salyan Regional Qaz İstismar İdarəsinin Sabirabad Xidmət Sahəsində 10 il xadimə işləmiş Xəlilova Elmira Gülmirzə qızı ölkə başçısına müraciətində deyib. Tezadlar.az xatırladır ki, qurum daxilində baş verən struktur dəyişiklikləri nəticəsində ona işdən azad olunmağı ilə bağlı rəsmi bildiriş verilib: “Bu xəbər mənim üçün böyük sarsıntı oldu, çünki hazırkı sosial vəziyyətim olduqca ağırdır. 19 ildir kirayədə yaşayıram. Bir öz övladımı və övladlığa götürdüyüm iki körpəni təkbaşına böyütmüşəm. Balaca övladım anadangəlmə ürək xəstəsidir və daimi tibbi nəzarətə ehtiyacı var. Böyük övladım isə Bakı şəhərində kollecə qəbul olunub, bir il təhsil alıb və hal-hazırda SOCAR-da işləyə bilmək ümidi ilə var gücü ilə çalışır”.

Xadimə sonda SOCAR rəhbərliyindən onun işində qalmasına kömək göstərilməsini xahiş edib.

Bəli, xadiməliyin fəlsəfəsi hər kəsə bəllidir. Amma xadimənin bu məqamda nələr çəkdiyini heç kim bilmir… Amma rəhbərlər bunu mütləq bilməlidir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!