Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Silahlı Qüvvələri Günü hər il 26 iyun tarixində qeyd olunur. Bu günün əsası 1918-ci il 26 iyunda Azərbaycan Xalq Cümhuriyyətinin verdiyi fərmanla Milli Ordunun yaradılması ilə qoyulub. Elə həmin il avqustun 1-də Hərbi Nazirlik təsis olundu, general Səməd bəy Mehmandarov nazir, Əliağa Şıxlinski isə müavin təyin edildi. Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik işğalından azad etdi.
Ordunun generalları arasında Hüseynxan Naxçıvanski, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi tanınmış adlar var idi. Lakin AXC süqut etdikdən sonra bolşeviklər ordunu ləğv etdilər və rəhbərlərinin əksəriyyəti repressiyaya məruz qaldı.
Sovet dövründə azərbaycanlılar əsasən qeyri-döyüş hissələrdə xidmət edirdilər. Bunun qarşısını almaq üçün Heydər Əliyev 1971-ci ildə C.Naxçıvanski adına hərbi məktəbi təsis etdi və azərbaycanlı gənclərin hərbi təhsil almasına şərait yaratdı.
Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1991-ci ilin oktyabrında Milli Ordunun yaradılması haqqında qərar qəbul olunsa da, yalnız 1993-cü ildən etibarən real ordu quruculuğuna başlandı. Bu illərdə ordu müəyyən uğurlar qazandı və düşmənin hücumlarına qarşı əzmlə dirəniş göstərdi.
1999-cu ildə Hərbi Akademiya, 2001-ci ildə isə Ali Hərbi Məktəblər yaradıldı. Bu gün Azərbaycan Silahlı Qüvvələri müasir ordu kimi inkişaf etməkdədir və ölkənin ərazi bütövlüyünü qorumaq vəzifəsini daşıyır.
Ali Baş Komandan İlham Əliyevin fərmanı ilə 26 iyun – Milli Ordunun yaradıldığı tarix – Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur.
Əsədov Məhəmməd
Nəsirova Pərvanə
Ağazadə Ramin