Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Təzadlar”ın elektron poçtuna daxil olan şikayət məktubu ilə bağlı kiçik bir araşdırma apardıq, fakt təsdiqini tapdığından ixtisarla təqdim edirik. Aidiyyəti dövlət rəsmilərinə ünvanlı şikayətdə deyilir:
“Hörmətli redaksiya, xahiş edirik, Bu məktubumuzu yayımlayasınız. Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarını narahat edən, onların sosial vəziyyətlərinə təsir göstərən məsələdə həssaslıq və diqqət göstərir. Bu istiqamətdə mühüm tapşırıqlar verir. Cənab Prezidentin yürütdüyü siyasətin mahiyyəti və məzmunudur ki, hər şey insan üçün, onun rahatlığı, rifahı, daha yaxşı təminatı üçündür.
Zaman-zaman paytaxt Bakıda ictimai iaşə obyektlərindən yayılan səs-küylə vətəndaşları narahat edən obyektlərə reydlər keçirilib, obyekt sahibləri barəsində tədbir görülüb. Bütün bunlara baxmayaraq Bakı şəhəri, Biləcəri dairəsində yerləşən “Közüstü” restoranı sakinlərin rahatlığına qənim kəsilib. Çoxsaylı narazılıqlara baxmayaraq, qanuna, hüquqa zidd hərəkətlərə yol verib özbaşınalıq edir, ətrafda vətəndaşları narahat edilir. Adı ailəvi restoran olan “Közüstü” restoranı gecə saat 00-dək və 00-dan sonra da restorandan gələn yüksək musiqi səsləri bütün dörd tərəf ətraf ərazidə yaşayan sakinləri narahat edir. Gecə növbəsində işləyib gündüz yatan, evində xəstəsi olan, hüzürü olan, şagird və tələbələr var.
Xahiş edirik Bakı şəhəri, Biləcəri dairəsində yerləşən ətraf ərazidəki insanların rahatlığına yüksək musiqi səsləri ilə insanların rahatlıqalarına qənim kəsilən “Közüstü” restoranının fəaliyyətinin araşdırılması və sahibi barəsində tədbir görülməsi üçün köməklik edəsiniz və köməyinizi əsirgəməyəsiniz.
Binəqədi rayonunun çoxsaylı sakinləri adından: Hüseynli Alxan”.
Redaksiyadan: şikayət məktubu ərazi aidiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinin elektron poçtuna göndərildi. Əlavə məlumat veriləcək.
“Təzadlar”