Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, hərbi əməliyyatlardakı siyasi niyyətlər aydın görünür. Belə ki, ABŞ prezidenti Donald Tramp İranda rejim dəyişikliyinə eyham vurub. Tezadlar.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında qeyd edib. Sitat: “Rejim dəyişikliyi ifadəsini işlətmək siyasi baxımdan düzgün deyil, amma indiki İran rejimi ölkəni yenidən böyük edə bilmirsə, niyə rejim dəyişmir?”.
Bundan əvvəl Donald Tramp Amerikanın zərbələri nəticəsində İranın nüvə infrastrukturuna böyük ziyan dəydiyini bildirib. Onun sözlərinə görə, “B-2” pilotları əməliyyatı uğurla başa vuraraq Missuri ştatına təhlükəsiz eniş ediblər.
İyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın Natanz, Fordo və İsfahandakı nüvə obyektlərinə kütləvi zərbələr endirib. İranın Fars xəbər agentliyinin məlumatına görə, Fordo obyektinə cüzi ziyan dəyib. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi heç bir radiasiya emissiyası olmadığını bildirib. İran prezidenti Məsud Pezeşkian isə deyib ki, ABŞ İranın nüvə obyektlərinə endirilən zərbələrə cavab verməlidir. Alu dini lider Xamenei də bu qənaətini bəyan edib.
A.Məmmədli