Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 İyun 2025 / 11:12

Azərbaycanda qızılca ilə bağlı vəziyyət nə yerdədir?

Ötən ilin bu dövründə ölkə ərazisində qızılca ilə bağlı risklər davam edirdi. Zaman-zaman uşaqlarla yanaşı, böyüklər də bu xəstəliyə yoluxurdu.

Hazırda ölkə ərazisində qızılca və suçiçəyi ilə bağlı faktiki vəziyyət necədir?

Tezadlar.az   xəbər verir ki, bu barədə sorğuyaa cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, son aylarda ölkə ərazisində qızılca xəstəliyi qeydə alınmayıb.

Qeyd edilib ki, qızılcaya qarşı profilaktik tədbirlər çərçivəsində müalicə-profilaktika müəssisələrində peyvəndləmə işləri davam etdirilir.

“Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə, suçiçəyi xəstəliyinə yoluxma hallarında azalma müşahidə olunur”, – mərkəzdən bildirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!