Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İqtisadiyyat və Davamlı İnkişaf naziri postuna Məryəm Kvrivişvili təyin edilib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə məlumat verib. Baş nazir bildirib ki, Mariam Kvrivişvili artıq ictimaiyyətə yaxşı tanınır və onun əlavə təqdimata ehtiyacı yoxdur: “Kvrivişvili uzun illərdir iqtisadiyyat və aviasiya sahəsində fəaliyyət göstərir, nazir müavini kimi özünü təsdiqləyib. Əminəm ki, o, bu vəzifədə də uğur qazanacaq.” Qeyd edək ki, Mariam Kvrivişvili hakim partiyanın siyasi şurasının üzvüdür, 2019–2020-ci illərdə Milli Turizm Administrasiyasına rəhbərlik edib, 2021-ci ildən isə iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.
Bu dəyişiklik Levan Davitaşvilinin iqtisadiyyat naziri vəzifəsindən istefa verməsindən sonra baş verib. O, bundan sonra Baş nazirin iqtisadi məsələlər üzrə baş müşaviri və İqtisadi Şuranın katibi vəzifələrində fəaliyyət göstərəcək.