Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 İyun 2025 / 09:21

Xəzər Universitetində “Tarixdə qəhrəmanlar və Qurucu babalarımız kimdir?” sualına cavab axtarıldı

Dünən Xəzər Universitetində “Tarixdə qəhrəmanlar və Qurucu babalarımız” adlı 4-cü Türkçülük çalışmaları konfransı baş tutub. Konfransda maraqlı müzakirə və çıxışlar olub. Professor Qulu Məhərrəmli bu barədə sosial media platformasında yazır: “Milli kimliyin və milli şüurun formalaşmasında görkəmli tarixi şəxsiyyətlər və qəhrəmanlar hansı rolu oynayır? Bəs biz kimləri xalqın rəmzləşmiş qəhrəmanı hesab edirik? Doğrudanmı Babək, Şah İsmayıl Xətai, Səttarxan, yaxud Qatır Məmməd bizim qəhrəmandır?! Milli idealımızı Rəsulzadə, yoxsa Nərimanov təmsil edir? Və s.
Bütün bunlar barədə bu gün Xəzər Universitetində keçirilən “Tarixdə qəhrəmanlar və Qurucu babalarımız” adlı 4-cü Türkçülük çalışmaları konfransında geniş söhbər açıldı… Belə gərəkli və faydalı polemikaların təşkili üçün prof.Nəsib Nəsibliyə təşəkkürlər!!!”.
Qeyd edək ki, Konfrans Salman Mümtaz Yayınları tərəfindən nəşr edilən, “Tariximiz və tarixciliyimiz”mövzusunda “Üçüncü Türkçülük Çalışmaları”na təqdim olunmuş məqalələrdən ibarət kitabın təqdimatı ilə başlanıb. Dördüncü Türkçülük Çalışmaları isə “Tarixdəki Qəhrəmanlarımız və Qurucu Babalarımız “ mövzusuna həsr edilmişdir. Konfransın təşkilatçısı tarix elmləri doktoru, professor Nəsib Nəsiblinin açılış nitqindən sonra Xəzər Universitetinin qurucusu Hamlet İsaxanlı çıxış edib. Prof. Dr. Qulu Məhərrəmlinin qısa çıxışından sonra məruzələrlə Prof. Dr Nəsib Nəsibli ( Milli Qəhrəman Problemimiz), Prof.Dr. Halil Akınçı (Tarixdəki Qəhrəmanlarımız və Günümüz), Dr. Boran Əziz ( Qurucu Babalarımızın Tariximizin Təməl Konsepsiyasına baxışı), Dr. Şahin Əhmədoğlu ( Coğrafiyaşünas Alim və Səyyah H.Z. Şirvani), araşdırmaçılar Yasəmən Qaraqoyunlu (Sovet Dönəmində Türksüz Qəhrəmanlıq Təbliğatı), Ələsgər Siyablı (Turan Qəhrəmanları: Onların Ön-Türk və Dünya Tarixindəki rolu) və Dr. Faiq Ələkbərli ( Cümhuriyyət Qurucularına Yanaşmalarda Müxtəlif Dövrlərin Şərtləri və İdeoloji Siyasi Amillər) çıxış ediblər. Konfrans maraqlı məruzələr, təkliflər ətrafında davam edib.
XXX
 Tarixdə tarixi qəhrəmanlarımız çox olub. Olmasaydı, 1-ci və 2-ci Qarabağ müharibəsində tarixi qələbələri ilə tarix yazan oğullarımız hardan törəyərdi?! Axı, tarixi babalarımız deyib ki, ot kökü üstə bitər. Deməli, təkcə tarix qəhrəmanlarını yetişdirmir, həm də qəhrəmanlar tarixi yetişdirir, yazır və gələcəyə ötürür… Bu günümüzə ötürülən kimi…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!