Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyun 2025 / 08:04

Azərbaycanlılar ruslar üçün nə edib?

 …Sosial medianın Rusiya seqmentində faşist ruslar iddia edirlər ki, Azərbaycanlıların işi ancaq ticarətdi və onlar rus xalqı üçün heç nə etməyiblər..
Mən sizə yüzlərlə Rusiyada insanları xilas edən Azərbaycanlılar adı çəkərəm ki, onlar öz həyatları bahasına olsa da neçə neçə insanın həyatını özlərinə qaytarıblar.
Bir neçəsini yazıram bu şəxslər barədə:
1) Salaməddin Nağıyev boğulan yerli uşaqları xilas edərkən Pexorka çayında faciəli ölüb..
2) Səbuhi və Tural Rəhimov qardaşları. Krasnoyarsk şəhərində istilik turba xəttlərinin partlamasına baxmayaraq neçə neçə insanın həyatını avtobusdan xilas ediblər.
3) Sverdlovsk vilayətində yol polisi əməkdaşı, azərbaycanlı Baxış Kərimov çoxuşaqlı ailəni xilas etmək üçün yanan evə girib. Valideynlər başda olmaqla 4 uşağın həyatını xilas edib.
4) Tolyattidə həyatını riskə atan polkovnik Aydın Qəmbərov buzlu suda boğulan uşağı xilas edib.
5) Antalyada yanan Rusiya təyyarəsinin sərnişinlərini azərbaycanlı xilas edib. Sultan Sultanov yanğın başlayandan sonra qapının açılmasına kömək edib və ekipajla birlikdə uşaqları və böyükləri yanan təyyarədən çıxarıb.
6) Rusiyada döyüşən azərbaycanlı təkbaşına 16 rus əsgərinin mühasirəyə alındığı meşə plantasiyasına girub və döyüşçüləri bir cızıq belə çıxarmadan çıxarıb..
7) Permdə Kənan adlı azərbaycanlı 16 yaşlı qızın intihar cəhdinin qarşısını alıb və şəhərin qəhrəmanı olub
8)Krokusda terror baş verəndə orda ofisiant işləyən Kamil Nəsibov 100 dən çox rusun həyatını xilas edib
9)Rusiyada iki uşağı xilas edən Azərbaycanlı Vüqar Əliyev
Bu kimi yüzlərlə foto və fakt paylaşaram. Ancaq niyə 9 nəfər ?
9 may qələbə bayramlarının ən əsas Səbəbkarı Azərbaycan olduqlarını unutmasınlar deyə
Dr. Zaur Aliyev
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!